Yuxarı

Məşhurlardan Elnurun qələbəsinə reaksiya

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TV8 kanalında yayımlanan "O səs Türkiyə" yarışmasının qalibi olan azərbaycanlı müğənni Elnur Hüseynova tanınmış müğənnilər münasibət bildirib.

Axar.az xəbər verir ki, əməkdar artist Nüşabə Ələsgərli bu qələbədən qürur duyduğunu deyib:

"Mən Elnurun qələbəsindən qürur duydum. Elnur daha yaxşısına layiqdir, çünki onun səs diapozonu demək olar kimsədə yoxdur. Bütün dünya türkləri onu tanıdı və arzu edirəm ki, Elnur bütün dünyada tanınsın. O gün olsun ki, onun səsini okeanın o biri başından eşidək".

Müğənni Xatirə İslam da Elnurun bu qələbəyə layiq olduğunu açıqladı:

"Elnurun bu qələbəsinə çox sevindim. Onu elə qalib də görürdük, çünki buna yarışmanın əvvəlindən öz səsi ilə layiq olduğunu göstərirdi".

Əməkdar artist Ədalət Şükürov isə qeyd etdi ki, Türkiyədə birinci olmaq çox çətin bir şeydir:

"Türkiyədə birinci olmaq çox çətin bir şeydir. Elnur bu böyük uğura imza atdı və arzulayaq ki, bu uğur davamlı olsun. Elnur çox istedadlı gəncdir, ümid edirəm ki, gələcəyi daha parlaq olacaq".

Tarix
2015.02.19 / 13:43
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla