Yuxarı

Millət vəkili Elnurun qələbəsindən yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Afərin, Elnur. Gənc istedadımızın qələbəsi hamımızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

"Elnurun qələbəsi hamımızın qələbəsidir.

Dünən tanınmış Azərbaycan müğənnisi, gənclərimizin kumiri Elnur Hüseynov Türkiyədə keçirilən "O səs Türkiyə"nin final gecəsində səhnəyə çıxdı.

Ebru Gündeşin komandasında yarışan Elnur bu dəfə "O Sole Mio" opera əsərini səsləndirib. Həmyerlimizin rəqibi Kaya Aslantəpə olub.

Elnur tamaşaçı səsverməsi nəticəsində ən çox səs toplayaraq "O səs Türkiyə"nin qalibi adına layiq görülüb.

Afərin, Elnur.

Gənc istedadımızın qələbəsi hamımızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu, Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi.

Bu, Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi.

Bu, Azərbaycan səsinin xaricdə də məmnuniyyətlə dinlənməsinin qələbəsi idi.

Bu, ən əsası Azərbaycan-Türkiyə birliyinin qələbəsi, türk xalqları qardaşlığının, bir-birinə məhəbbətinin qələbəsi idi. Biz birlikdə güclüyük.

Həmişə qələbələrdə!"

Xatırladaq ki, dünən gecə Türkiyədə keçirilən "O səs Türkiyə" musiqi yarışmasında həmyerlimiz Elnur Hüseynov qalib olub.

Tarix
2015.02.19 / 11:58
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla