Yuxarı

Sərkisyan ölüm-dirim savaşına başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Serj Sərkisyan Çiçəklənən Ermənistan partiyasına yeni sədr axtarışına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti hakim partiyadakı mənbələrinə istinadən məlumat yayıb.

Qəzet Sərkisyanın bu posta adı çəkilən Vardan Oskanyanı (sabiq Xarici İşlər naziri) və Naira Zöhrabyanı (Çiçəklənən Ermənistan partiyasından millət vəkili) istəmədiyini qeyd edib.

Şayiələrə görə, Qaqik Çarukyanı əvəz edə biləcək ən real namizədlərdən biri Çiçəklənən Ermənistan fraksiyasından millət vəkili seçilən Stepan Marqaryandır. Lakin Marqaryan bu partiyanın üzvü deyil. O, hazırda Güclü Vətən partiyası sədrinin müavinidir.

Bu posta adı çəkilən şəxslərdən biri isə ölkənin Nəzarət Palatasının sədri İşxan Zakaryandır.

Qeyd edək ki, son günlərdə Ermənistanda siyasi vəziyyət gərginləşib. Sərkisyan oliqarx Çarukyana və onun tərəfdaşlarına qarşı siyasi repressiyalara başlayıb. Çarukyanın lideri olduğu Çiçəklənən Ermənistan partiyası isə Sərkisyanın hakimiyyətdən getməsi tələbi ilə fevralın 20-də ümum-Ermənistan mitinqi keçirəcək.

Tarix
2015.02.19 / 10:48
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla