Yuxarı

Ev almaq istəyənlərə müjdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2009-cu ildə ipoteka krediti bərpa olunanda ilkin bazarın (tikinti sektoru) böhrandan çıxarılması, yəni əsas vəsaitin bu sahəyə yönəldilməsi nəzərdə tutulmuşdu. Lakin ilkin bazarda fəaliyyət göstərən tikinti şirkətləri bu məsələyə həvəssiz yanaşdılar".

Bunu Axar.az-a açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmovun ipoteka kreditlərinin yeni mənzillərə yönəldilməsi barədə fikrini şərh edərkən daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib. O, Mərkəzi Bankın yenidən tikinti sektoruna müdaxilə etmək məcburiyyətində qaldığını bildirib:

"2009-cu ildə ipoteka krediti bərpa olunanda ilkin bazarın (tikinti sektoru) böhrandan çıxarılması, yəni əsas vəsaitin bu sahəyə yönəldilməsi nəzərdə tutulmuşdu. Lakin ilkin bazarda fəaliyyət göstərən tikinti şirkətləri bu məsələyə həvəssiz yanaşdılar. Nəticədə ipoteka kreditlərinin böyük hissəsi təkrar mənzil bazarına yönəldi. Bu gün tikinti sektoru yenidən böhranlı vəziyyətdədir. Bəzi tikinti şirkətləri layihələrini dayandırıb və maliyyə problemləri var. Elmar Rüstəmovun çıxışının əsası bundan ibarətdir ki, Mərkəzi Bank bu şirkətlərə dəstək vermək üçün yenidən ipoteka kreditlərini ilkin mənzil bazarına yönləndirmək istəyir. Mərkəzi Bank bununla tikinti sektorunun aktivləşdirilməsini hədəfləyir".

Ekspertin sözlərinə görə, tikinti şirkətləri də bu məsələdə aktiv olmalı və sənədlərlə bağlı insanları aldatmaqdan çəkinməlidir:

"Tikinti şirkətləri Mərkəzi Bankın bu addımına hazır olmalıdır. Onlar ilk növbədə sənədlərin tərtibatını düzgün qaydada aparmalıdır. Yəni vətəndaşlara maliyyə arayışı, tikintiyə icazə verilməsi barədə sənədin surəti verilməlidir. Tikilən binalar yarımçıq olmamalı, qaba tikintilər başa çatmalıdır. Eyni zamanda qiymətlər ipoteka şərtlərinə uyğun olmalıdır. Bu məsələlər həll olunarsa, Mərkəzi Bankın bazara atacağı pul öz təyinatı üzrə işlənəcək. Əgər bu alınmasa, təbii ki, yenə də pullar təkrar mənzil bazarına axacaq. Mən hesab edirəm ki, 2009-cu ildə olduğu kimi, ipoteka məbləğinin həcmi artırılsa və şərtlər uyğun olsa, bu, mənzil bazarına və tikinti sektoruna böyük dəstək vermiş olacaq".

Qeyd edək ki, ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmov ipoteka kreditlərinin şərtlərinin daha da yüngülləşdiriləcəyini və ilk növbədə kreditlərin yeni mənzillərin alınmasına yönəldiləcəyini, bu yolla mənzil tikintisi bazarının daha da canlandırılacağını açıqlayıb.

Tarix
2015.02.18 / 23:38
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla