Yuxarı

Azay Quliyev YAP gənclərinə təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən "Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyası vaxtından əvvəl başa çatıb.

Report-un xəbərinə görə, bu barədə Şuranın sədri, deputat Azay Quliyev məlumat verib.

Deputat bu işdə əməyi olan hər bir kəsə, təşəkkür edib: "Mən son günlər səs vermə zamanı xüsusi fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyasının çox minli üzvlərinə, rabitə və təhsil işçilərinə bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə ayrıca minnətdarlığımı çatdırıram. Şuranın başladığı bu kampaniyaya reaksiya tək Azərbaycandan deyi, xarici ölkələrdən də gəldi. Bu prosesi hər gün yaxından izləyən əməkdaşların verdikləri məlumata görə Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər tapıldı. Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sərkisyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sərkisyan ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər".

A.Quliyev əlavə edib ki, yaxın günlərdə İşçi Qrupu atılacaq növbəti addımlar və ayrı-ayrı istiqamətdə görüləcək işlər barədə ictimaiyyətə məlumat verəcək.

Tarix
2015.02.18 / 11:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla