Yuxarı

Türkiyə Azərbaycanı Ermənistana satmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanın ərazi bütövlüyü xaricində hər hansı bir mövqe sərgiləyə bilməz".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Qafqaz Strateji araşdırmalar mərkəzinin analitiki Ümit Nazmi Hazır çıxış edib. O, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində önəmli addım atmadığını bildirib:

"AKP hökuməti 2008-ci ildən sonra qonşuları ilə sıfır problem siyasətini qəbul etdi. Bununla da Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində protokolların imzalanması da daxil olmaqla önəmli addımlar atıldı. Bu, Türkiyənin erməni məsələsində rəsmi mövqe dəyişikliyinə getdiyini göstərdi. Lakin bu məsələdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı unutmamaq lazımdır. Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanın ərazi bütövlüyü xaricində hər hansı bir mövqe sərgiləyə bilməz. Əgər Ermənistan Qarabağdakı işğal etdiyi rayonlardan birindən geri çəkilsəydi, Türkiyə sərhədləri açmağa və əlaqələrin normallaşdırılmasına başlayacaqdı. Lakin Ermənistan bu məsələdə heç bir addım atmadı. Nəticədə Cənubi Qafqazdakı status-kvo dəyişməz olaraq qaldı".

Qeyd edək ki, Ermənistan Prezidenti Sərkisyan fevralın 16-da 2009-cu ildə Türkiyə ilə imzalanmış protokolların geri çağırılması barədə ölkə parlamentinin sədri Qalust Saakyana məktubla müraciət edib.

Tarix
2015.02.18 / 10:20
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla