Yuxarı

Azərbaycanlı rus polisini ayağa qaldırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Azərbaycan vətəndaşı polisi ayağa qaldırdı.

ANS press-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Leninqrad vilayətində, Frunzenski rayonunda qeydə alınıb. Fevral ayının 15-də gecə saat 2 radələrində naməlum şəxs növbətçi hissəyə zəng edərək bomba xəbərdarlığı edib.

"Siz bilirsiniz ki, Frunsenski rayonunda bomba qoyulub? Budapeşskaya. Evin nömrəsini deməyəcəm. Beş dəqiqədən sonra ev havaya uçacaq".

Polis əməkdaşları zəng gələn evin ünvanını müəyyən ediblər. Axtarış nəticəsində heç bir partlayıcı tapılmayıb. Qısa zamanda zəng vuranın kimliyi də müəyyən edilib.

Bu 54 yaşlı Azərbaycan vətəndaşı olub. O heç yerdə işləməyib və Naziya kəndindəki balıq sexində terror törədəcəyini deyib.

Adı açıqlanmayan şəxs Admiralteyski rayonunda saxlanılıb. Xuliqanlıqda ittiham edilən şəxsə qarşı cinayət işi açılıb.

Tarix
2015.02.16 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla