Yuxarı

Özəl klinikaların qara günü başlayır - Yoxlamalar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar ölkədə fəaliyyət göstərən özəl klinikalarda qeydə alınan qanunsuzluqlar aidiyyəti qurumları hərəkətə gətirib.

Axar.az-ın məlumatına görə, yaxın zamanlarda Səhiyyə Nazirliyi başda olmaqla, bir neçə qurum təftiş işlərinə başlayacaq.

Qeyd edək ki, yoxlamaların aparılmasında məqsəd qiymətlərə nəzarət, xidmətin keyfiyyəti və vətəndaşların sağlamlığını etibar etdikləri həkimlərin bilik səviyyəsinin yoxlanılmasıdır.

Bildirək ki, paytaxtın əksər özəl tibb müəssisələrindən gələn şikayətlər, ölüm hallarının artması bəzi klinikaların bağlanması ilə nəticələnə bilər.

Ölkəyə gətirilən xarici mütəxəssislərin fəaliyyətinin də üstündən xətt çəkilə bilər. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ANS-ə deyib ki, qurum özəl klinikalardakı müayinə və əməliyyat qiymətləri nazirlik tərəfindən tənzimlənmir. Lakin nazirlik özəl kilinika və mərkəzlərin fəaliyyətinin lisenziyalaşdırılmasına və standartlara uyğunluğuna nəzarət edir:

"İndi cərrahiyyə əməliyyatı ucuz olan özəl müəssisə yoxdur. Xaricdən gətirilən həkimlər reklam edilir və onun adından istifadə olunaraq pul qazanılır. Əslində, bu işlə məşğul olan özəl müəssisələr fırıldaqçılıqla məşğul olurlar. Səhiyyə Nazirliyi buna qarşı mübarizəsini aktiv şəkildə aparır".

Tarix
2015.02.13 / 19:44
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla