Yuxarı

Taleh Şahsuvarlı Daxili İşlər nazirinə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gündəlik Teleqraf" qəzetinin şef-redaktoru Taleh Şahsuvarlı Daxili İşlər naziri Ramil Usubova şikayət ərizəsi ilə müraciət edib.

Bu barədə Axar.az-a danışan Taleh Şahsuvarlı bildirib ki, onun Azərbaycan Prezidenti İlham Əliyevi öz yazılarında və sosial şəbəkələrdə ardıcıl və prinsipial şəkildə müdafiə etməsi, bir media nümayəndəsi olaraq gündəmin aktual məsələləri ilə bağlı dövlətin mənafeyinə və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən açıqlamaları hansısa şəxsləri ciddi şəkildə narahat edib:

"Məhz bu narahatlığın nəticəsidir ki, hansısa psixoloji problemləri olan şəxs və ya şəxslər Feysbuk sosial şəbəkəsində əleyhimə saxta səhifə açıblar. Həmin səhifədə şərəf və ləyaqətimi təhqir edir, işgüzar nüfuzuma ləkə salmağa çalışırlar. Bu zaman sosial şəbəkədəki şəxsi hesabımda paylaşdığım, Feysbukun son qaydalarına görə icazəm olmadan yayınlanması yasaq olan fotolarımdan da qara PR üçün istifadə edilir".

Taleh Şahsuvarlı Daxili İşlər nazirinə ünvanlandığı şikayət məktubunda həmin saxta və təhqiramiz səhifənin yaradıcılarının aşkarlanaraq cəzalandırılmasını xahiş edib.

"Ümid edirəm ki, hörmətli Ramil Usubov bu məsələni ciddi şəkildə diqqətdə saxlayacaq və həmin şəxslər üzə çıxarılaraq cəzalanacaq", - deyə tanınmış jurnalist fikrini tamamlayıb.

Tarix
2014.12.10 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla