Yuxarı

İŞİD-çi redaktor dostunun arvadını qaçırdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə İŞİD mediasının aparıcı portallarından birində qəribə hadisə baş verib.

Axar.az xəbər verir ki, "Takva Haber" saytında redaktor işləyən Əbdülqədir Polad dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb. Onlar birlikdə naməlum istiqamətə qaçıblar və yerləri bilinmir.
Bu hadisəni ictimailəşdirən sayt rəsmi açıqlama verib:

"Əvvəllər saytımızda redaktorluq edib. Sonra da oğurluq etməyə qalxıb. Bunu da bacarmayıb və etibarımızı itirib. Əbdülqədir Polad bu dəfə dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb.

Bizdən qovulduqdan sonra özünü "İslam Dövləti"nin (İŞİD) təmsilçisi kimi təqdim edən, özünü "İslam Dövləti"nin Türkiyədəki media sahəsində tək təmsilçisi kimi qələmə verən, insanları internet üzərindən ittiham edən bu şəxs dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb".

Sayt yazıb ki, onunla qaçan qadın toy hədiyyələri olan qır-qızılı da özüylə aparıb. İlkin ehtimala görə, Əbdülqədir Poladın qaçırdığı qadının həyat yoldaşı Suriya və ya İraqda İŞİD terrorçularına qoşulub.

Tarix
2014.12.01 / 21:10
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla