Yuxarı

Krimxəbərlər necə adiləşir? – Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mediası üçün bıçaqlanma hadisəsi artıq xəbər deyil. Jurnalistikada çoxdan deyilmiş "İtin insanı yox, insanın iti dişləməsi xəbərdir" deyimi bu kriminal informasiyalar dalğasında aktuallaşıb.

Axar.az bu təhlükəli tendensiyanı qeyd edərək yazır ki, elektron və çap mediasında bıçaqlanma, kütləvi dava, yol qəzasında yaralanmaq adi bir xəbər lenti kimi keçir. Kriminal hadisələrin dozası, tükürpərdici olma məzmunu artdıqca başkəsmə, əl-qolunu bağlayıb evdə yandırma kimi cinayətlər daha "həvəslə" qarşılanır.

Məsələn, noyabrın 10 və 11-də olan iki hadisə xəbər portallarında sıradan məlumat kimi yayılıb. Belə ki, Qubada 1983-cü il təvəllüdlü Anar Hacıyevə boyun nahiyəsindən kəsici alətlə xəsarət yetirilib. Əməliyyat olunan A.Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Quba Rayon Polis Şöbəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni əmisi oğlu, 1983-cü il təvəllüdlü Amil Hacıyevin törətdiyi məlum olub. Hadisə tərəflər arasında torpaq üstündə yaranan mübahisə zamanı baş verib.

***

Noyabrın 10-da, saat 03:00-də 28 yaşlı Kamil Eyvazov üzərində bıçaq yarası olan xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər yaralıya ilkin tibbi yardım göstərərək palataya yerləşdiriblər. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Kamil Eyvazov xəstəxanaya gətirilərkən ağır dərəcəli sərxoş olub. Bu səbəbdən də onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Tarix
2014.11.12 / 00:22
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla