Yuxarı

Ukraynadan sonra hədəfdə Qırğızıstandır - Eksklüziv

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərbin hədəfində olan ölkələr siyahısında Qırğızıstan və Tacikistan da var".

Bu barədə informasiya Axar.az-a Rusiyanın "Şimal-Cənub" Siyasi Araşdırmalar Mərkəzindən verilib.

Təşkilat bu ölkələrin sosial şəraitinin bərbad vəziyyətdə olduğunu bildirib:

"Rəngli inqilablar"ın texnologiyası ilə bağlılıq nöqteyi-nəzərindən yanaşsaq və situasiyanın Ukrayna ssenarisinə uyğun inkişafına diqqət etsək, növbəti hədəfin Mərkəzi Asiyada yerləşən Qırğızıstan və Tacikistan olduğunu görə bilərik. Ağır sosial şərait bu ölkələrdə ictimai narahatlığa səbəb olur. Daxili destabilizasiya üçün burada terrorizm, radikal islam, ekstremizm istifadə oluna bilər. Bu baxımdan nəzər yetirsək, çox şey ölkələrə yeni imkanlar qazanmaq və iqtisadiyyatlarını modernləşdirmək üçün üzv olacaq Avrasiya İnteqrasiya proyektlərindən asılı olacaq. Əgər Qırğızıstan və Tacikistanın Avrasiya İttifaqı ilə münasibətləri bütün istiqamətlərdə yaxşı olsa, o zaman ölkələrin sosial şəraiti yaxşılaşacaq. Sosial şəraitin yaxşılaşdırılması isə milli təhlükəsizliyin gücləndirilməsi deməkdir. Bu isə ölkənin xarici qüvvələr tərəfindən manipuliyasiyaya uğrayıb məhv olmasının qarşısının alınmasına imkan verəcək".

Tarix
2014.09.06 / 13:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla